Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.08.2017 15:22
2028-ci il Yay Olimpiya və Paralimpiya Oyunları Los-Ancelesdə keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsi Los-Anceleslə razılaşmanı rəsmən təsdiqləyib.
Anlaşmaya əsasən, İOC qarşıdakı 11 il ərzində Oyunların gələcək ev sahibinin gənclər və uşaq-yeniyetmələrlə bağlı idman proqramını maliyyələşdirmək üçün 1,8 milyard dollar ayıracaq.
Yekun qərar üçün qurum, Los-Anceles və hazırkı vəziyyətdə 2024-cü il Oyunlarını qəbul etməli olan Fransanın paytaxtı Paris arasında üçtərəfli müqavilənin ratifikasiya olunması lazımdır. Anlaşmanın sentyabrın 13-də Perunun paytaxtı Limada keçiriləcək BOK-un 131-ci sessiyasında imzalanması planlaşdırılır.
Orxan Cəfərzadə
- Baxış: 440
