Bu günə xəbərlərin oxunma sayı: 666
—
19.02.2018 13:11
Çörək sexində partlayış: 3 nəfər yaralandı
KepezTV Player
Abşeronda çörək sexində güclü partlayış olub. Hadisə Saray qəsəbəsində Natiq Əmrahova məxsus çörək sexində baş verib. Nəticədə sexdə olan 3 nəfər – 46 yaşlı Natiq Əmrahov, 51 yaşlı Qızılgül Əmrahova və 34 yaşlı Elmira Əmrahova ağır yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndəriliblər. Hadisəyə qaz sızamsının səbəb olduğu güman edilir. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 640
