Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.03.2018 12:03
Gəncədə mebel sexi yanıb
KepezTV Player
Gəncədə mebel sexi yanıb. Yanğın hadisəsi şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Hər mərtəbəsi 250 m2 olan ikimərtəbəli mebel sexinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m2sahədə, 2-ci mərtəbəsi 136 m2 sahədə, 1 dəzgah və dam örtüyü yanıb. Sexin qalan hissəsi hadisə yerinə çağrılan yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Fakt araşdırılır.
Elton Cabbarlı
- Baxış: 1422







