Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			15.06.2018 13:34		
		Avtomobil aşdı: 3 ölü, 2 yaralı
KepezTV Player
					  
					  					  				Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 177-ci kilometrliyində, İsmayıllının Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini 48 yaşlı Çingiz Eminov idarə etdiyi “Merсedes” markalı minik avtomobillə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vurub. Nəticədə nəqliyyat vasitəsi aşıb. Sürücü, sərnişinlərindən həmyerlisi 26 yaşlı Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüblər, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
- Baxış: 1898
 
