Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			13.04.2020 16:02		
		Qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb
KepezTV Player
					  
					  					  				Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmirin Qaraqocalı kəndindən keçən hissəsində rayon sakini Rahim İsmayılovun İdarə etdiyi "BMW" markalı maşınla Rafət Kərimovun sükanı arxasında olduğu "VAZ 2107" markalı maşın toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 32 yaşlı Rafət Kərimov hadisə yerində ölüb. "BMW" markalı avtomobildə sıxılıb qalmış sürücünü FHN-in əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişinlər - 50 yaşlı Mübariz Kərimov və 29 yaşlı Hakim Rəsulov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 890
 
