Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.10.2022 22:22
Azyaşlılar tövləni yandırdı
KepezTV Player
Tovuzda yanğın hadisəsi baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini Azad Ahalova məxsus tövlədə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın 2 yanğınsöndürən avtomobili və 10-dan artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə yanğını evdə olan azyaşlılar törədib. Yanğın zamanı xəsarət alan olmayıb.
- Baxış: 665
