Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			11.11.2022 15:57		
		Bakı-Gəncə aviareysinin bərpası təklif edilib
KepezTV Player
					  
					  					  				“Nəyə görə Bakı-Gəncə aviareysi bərpa olunmur? Aviareyslərin bərpası 2023-cü ildə nəzərdə tutulubmu?”. Bunu Milli Məclisin komitə iclasında deputat Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, bu gün Bakıdan Gəncəyə bir qatar işləyir: “Qatarların sayını artıra bilərikmi? Biz turizmin inkişafından danışırıq. Ancaq şəxsi avtomobillərlə, köhnə avtobuslarla turistlərin daşınması heç də ürək asan deyil. Biz sivil daşımaları artırsaq, çox yaxşı olar” - deyə millət vəkili vurğulayıb.
- Baxış: 465

