Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.12.2022 20:28
"Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur"
KepezTV Player
"Fransa tərəfindən səslənən qərəzli fikirlər və Fransa Parlamentində qətnamələr Azərbaycan-Fransa münasibətlərinə zərbə vurur və sülh prosesinə töhfə vermir". Bunu xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə deyib. Görüş zamanı, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib. Nazir, Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.
- Baxış: 544
