Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.02.2023 12:11
Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub
KepezTV Player
Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub. Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Yoav Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib. Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
- Baxış: 453
