Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			14.02.2023 12:58		
		Yevlaxda oğlu öldürüb atasını yaralamaqda şübhəli bilinən ata və oğlu tutulub
KepezTV Player
					  
					  					  				Yevlaxda 2003-cü il təvəllüdlü, rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Həmçinin zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə tibb müəssisəsinə daxil olması müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri - 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil veriliblər.
- Baxış: 308

