Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.07.2023 19:07
Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
KepezTV Player
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 8-9 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib. Əlavə reys üzrə saat 8:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da yetəcək.
- Baxış: 435