Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.09.2023 20:04
Futbol matçında kuryoz hadisə
KepezTV Player
Azərbaycan İkinci Futbol Liqasının ilk turunun matçlarının birində kuryoz hadisə yaşanıb. "Şəmkir" - "Kür-Araz" komandalarının Şəmkirdə baş tutan oyununun ikinci hissəsində meydançaya itlər daxil olub. Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Yalnız futbolçuların müdaxiləsindən sonra itləri meydançadan kənarlaşdırmaq mümkün olub. Matç 3:2 hesabı ilə qonaqların xeyirinə başa çatıb. Görünən odur ki, oyunda kuryoz hadisənin rəqibin diqqətini yayındırması belə şəmkirlilərin dadına çatmayıb.
Fərid Mehdiyev
- Baxış: 588