Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.09.2025 23:37

"Cek divləri ram edən" - Bədii film

Cek – sadə kəndli oğlandır, sakit həyat sürür. Bir gün evində müəmmalı bir gözəl qız peyda olur. Həmin qız, kitablardan həyəcanla oxuduğu macəra axtarışına çıxmış şahzadə İzabelladır. Kiçik bir təsadüf nəticəsində Cek insanların dünyası ilə divlər aləmi arasında körpü yaradır və ortaya çıxan nəhəng məxluqlar şahzadəni oğurlayır. Kral qızının axtarışına ordusunun başçısını, müşavirini və rəşadətli cəngavəri göndərir. Cek bu üçlüyə qoşularaq divlər aləminə yollanır. Onların məqsədi təkcə şahzadəni xilas etmək deyil. Onlar eyni zamanda nəhəng və heybətli məxluqların Yeri öz əsarətlərinə almalarına mane olmalıdırlar...

Rejissor: Brayan Sinqer

Baş rollarda: Nikolas Holt, Elinor Tomlinson

Digər rollarda: İen MakŞeyn, Bill Nayi, Stenli Tuççi, Yuven MakQreqor, Eddi Marsan, Kristofer Feyrbenk