
Fövqəladə Hallar Nazirliyi ötən həftə baş verən hadisələrlə bağlı məlumat yayıb. 1 həftə ərzində 148 yanğına çıxış, 34 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, 14-ü azyaşlı olmaqla 57 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 73