• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.09.2025 15:44

III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələdə azarkeşlər üçün fan zonalar qurulacaq

III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində azarkeşlər üçün fan zonalar təşkil olunacaq. Gəncədə əyləncə zonası İcra Hakimiyyətinin qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan zonalarda səhnə, interaktiv oyunlar, foto məkanlar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və incəsənət guşəsi, idman zonası, eləcə də DJ və musiqi proqramları təqdim ediləcək. III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.