
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali Səviyyəli Toplantısı BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək. Tədbir 23–26 sentyabr tarixlərində baş tutacaq. “Multilateralizm Dönüm Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar” mövzusunda keçiriləcək toplantıda 50-dən çox ölkədən nümayəndələr, o cümlədən 25-dən artıq sabiq və indiki prezident, həmçinin 10-dan çox baş nazir iştirak edəcək. Bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən ən böyük paralel tədbir hesab olunur.
- Baxış: 73