• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.09.2025 17:31

Şəmkirdə dəmir zavodu istismara veriləcək

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın metallurgiya sənayesi üçün mühüm əməkdaşlıq elan olunub. “Daşkəsən Dəmir Filiz” MMC ilə Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir zavodunun inşasına dair müqavilə imzalanıb. Zavodun Şəmkir rayonunda tikilməsi planlaşdırılır. MMC-nin baş direktoru Ceyhun Əliyev bildirib ki, layihə Azərbaycan–Qazaxıstan münasibətlərinin metallurgiya sahəsində yeni səhifəsidir. Zavod müasir texnologiyalar əsasında qurulacaq, karbon buraxılmasını 60 faizə qədər azaldacaq. Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır.