• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.09.2025 17:31

BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başlayıb

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda yüksəksəviyyəli debatlar başlayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər. İclas BMT Baş katibi Antonio Quterreşin çıxışı ilə açılıb. Ev sahibi kimi ABŞ Prezidenti Donald Tramp da çıxış edəcək. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusunda keçirilən sessiyada bir neçə məsələlər müzakirə olunacaq. Debatlar sentyabrın 30-dək davam edəcək.