• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.09.2025 10:12

Nazir BMT Baş Assambleyasının 80-ci sessiyasındakı görüşdə çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasında keçirilən Qlobal İnkişaf Təşəbbüsü üzrə Yüksək Səviyyəli Görüşdə çıxış edib. Nazir çıxışında Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb, Pekinin irəli sürdüyü beynəlxalq təşəbbüslərə Azərbaycanın dəstəyini ifadə edib. Bayramov, həmçinin Orta Dəhliz və digər nəqliyyat layihələri ilə Azərbaycanın regional əməkdaşlığa və qlobal inkişafa verdiyi töhfələri önə çəkib.