
Bakıda Ümumdünya Statistika Gününə həsr olunmuş III Beynəlxalq Statistika Forumu keçirilir. Prezident İlham Əliyev forumunun iştirakçılarına müraciətində milli statistika sistemlərinin inkişafı, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və qlobal çağırışlara cavab vermək baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Prezident bildirib ki, etibarlı statistik məlumatlar dayanıqlı inkişaf və şəffaf idarəetmənin qurulmasında mühüm rol oynayır. O, süni intellekt və rəqəmsal transformasiyanın sahənin gələcək inkişafı üçün əsas istiqamətlər olduğunu qeyd edib.
- Baxış: 82