
Baş nazir Əli Əsədovun imzaladığı qərarla ət və heyvan mənşəli məhsulların satışına dair qaydalara dəyişiklik edilib. Yeni qaydalara görə, ət, quş cəmdəkləri və digər məhsullar yalnız ekspertiza aktı əsasında baytarlıq damğası və ştampı ilə nişanlandıqdan sonra satışa buraxılacaq. Müayinələri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri aparacaq.
- Baxış: 75