Bakıda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb. FHN-nin məlumatına görə, binadakı şaxtada 22-ci mərtəbəyədək naqillər yanıb, alov məhdudlaşdırılıb. Hadisə zamanı 44 sakin, o cümlədən 12 uşaq xilas edilib. 4 nəfər tüstüdən zəhərlənib, onlara tibbi yardım göstərilib. Yanğının səbəbi araşdırılır.
- Baxış: 156