Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.09.2025 15:42
Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək

Ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə sentyabrın 25-də Gəncədəki Heydər Əliyev parkında Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcək. "Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu Vüqar Rəsulov çıxış edəcək.
- Baxış: 116