
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp və birinci xanımının BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunan rəsmi qəbulunda iştirak ediblər. Qəbul zamanı Donald Tramp ilə Prezident İlham Əliyev arasında Ermənistan və Azərbaycan arasında 30 il davam edən münaqişə barədə səmimi dialoq baş tutub. Tramp Prezident Əliyevə onunla fəxr etdiyini bildirib və sərhəddə atışmaların olub-olmaması barədə maraqlanıb. Prezident İlham Əliyev isə cavabında hər şeyin tamamilə bitdiyini, avqustun 8-də münaqişəyə son qoyulduğunu qeyd edərək Trampa 30 ildən sonra möcüzə yaratdığı üçün təşəkkürünü bildirib.
- Baxış: 83