
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında ümumilikdə 228,690 hektara yaxın ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib.Təmizləmə əməliyyatları nəticəsində 210,655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Ötən həftə azad olunan ərazilərdə 14 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
- Baxış: 84