
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spolyariçlə görüşüb. Bayramov görüşdə itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib. Həmçinin nazir dominikanlı həmkarı ilə də görüşüb. Görüşdə iki ölkə arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv olunmasına dair Sazişi imzalayıblar. Nazir maldivli həmkarı ilə ümumvətəndaş pasportlara malik olan şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında da Saziş imzalayıb.
- Baxış: 114