• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.09.2025 11:39

Gömrükdə mobil telefonları sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Ciddə–Bakı reysi ilə gələn Azərbaycan vətəndaşının digər sərnişinlərə payladığı malları qəbul edərkən saxlayıblar. Gömrük nəzarətindən yayınmaq cəhdi zamanı 5 ədəd “iPhone17”, 4 “iPhone16”, 15 “Apple” qələm, 8 qulaqcıq və 5 ədəd ətir aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq edərək, tanımadıqları şəxslərin əşyalarını götürməməyə çağırıb.