
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 2,3 kiloqrama yaxın narkotik vasitə götürülüb. Həmçinin yabanı halda bitmiş 6,9 tondan artıq çəkidə 2 min 875 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
- Baxış: 105