• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.09.2025 17:42

DİN-dən yenilik: “E-polis” vətəndaşlara bildiriş göndərir

Daxili İşlər Nazirliyi “E-polis” mobil tətbiqini yeni funksiyalarla təkmilləşdirib. Artıq istifadəçilərə şəxsiyyət və sürücülük vəsiqəsi, pasport və nəqliyyat vasitəsinin texniki baxış müddəti başa çatmazdan 30, 15 və 3 gün əvvəl avtomatik bildiriş göndəriləcək. Yenilik vətəndaşlara sənədlərini vaxtında yeniləməyə və inzibati məsuliyyətdən yayınmağa imkan verəcək.