• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.09.2025 10:07

İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib

İmişlidə  toyda zəhərlənmə ilə xəstəxanaya daha 10 nəfər müraciət edib. 24 sentyabrdan etibarən zəhərlənmə şübhəsi ilə 12-si uşaq olmaqla  69 nəfər xəstəxanaya hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş kimi qiymətləndirilən 37 nəfər ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.