• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.09.2025 10:11

Azərbaycanın çimərlik güləşçiləri dünya çempionatında 2 qızıl medal qazanıblar

Yunanıstanda çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib. 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda ölkəmizi 10 güləşçi təmsil edib. Onlardan 6-sı qrup mərhələsini uğurla adlayaraq 1/4 finala yüksəlib. Güləşçilərimizdən 4-ü yarımfinala adını yazdırıb. Mundialda 2 qızıl və 1 bürünc medal qazanıblar.