• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.09.2025 17:19

Gəncədə 6 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

III MDB Oyunlarının açılış mərasimi ilə əlaqədar sentyabrın 28-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək. Məhdudiyyət səbəbindən bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək. Heydər Əliyev prospektində fəaliyyət göstərən 1, 4 və 8 nömrəli, eləcə də Atatürk prospektindən keçən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Üzeyir Hacıbəyli küçəsi ilə təşkil ediləcək. 12 nömrəli marşrutun son dayanacaq məntəqəsi Bilal Qəhrəmanov küçəsi təyin ediləcək.