• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 10:04

Prezident və xanımı Gəncədə III MDB Oyunlarının açılış mərasimini izləyiblər

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbirdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər. Əvvəlcə üçrəngli Bayraq arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb. Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub. Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub. Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.