• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 10:06

Gəncənin nəqliyyat sahəsində mühüm dəyişikliklər həyata keçirilir

Gəncədə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı işlər aparılıb. Şəhər üzrə marşrut şəbəkəsi yenidən formalaşdırılıb, 22 marşrut xətti üzrə 280 müasir avtobus sərnişindaşıma üçün alınıb. Avtobuslarda nağdsız ödəniş mümkündür. İctimai nəqliyyatın səmərəli idarəsi üçün yeni depo kompleksi istifadəyə verilib, 300 avtobus buradan xidmət alacaq. Dəmiryolu vağzalında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb, şəhərdə 34 müasir dayanacaq, 97 küçədə asfalt örtüyünün yenilənməsi, 128 km xətlənmə və 4000-dən çox yol nişanı quraşdırılıb. Mikromobillik zolaqları salınıb, taksi duracaqları və minib-düşmə məntəqələri müəyyənləşdirilib. Bütün bu tədbirlər sərnişinlərin rahatlığı və yol təhlükəsizliyinin artırılmasına xidmət edir.