• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 10:14

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək. Qəbələdə stolüstü tennisin finalı, stend atıcılığı və futbol oyunları, Gəncədə üzgüçülük və voleybol, Göygöldə sambo, Yevlaxda boks, Mingəçevirdə isə taekvondo yarışları təşkil olunub. Günün sonunda Azərbaycanın qadın voleybol millisi Tacikistanla qarşılaşacaq. III MDB Oyunlarına 13 ölkədən 1624 idmançı qatılıb. Yarışlara oktyabrın 8-də yekun vurulacaq.