
Ötən həftə ərzində 156 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.15-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 33-ü azyaşlı olmaqla 107 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 81