• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 11:42

Ağcabədidə hərbçinin iştirakı ilə yol qəzası baş verib

Ağcabədidə Muğanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. 1984-cü il təvəllüdlü hərbçi Salman Alıyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza zamanı hərbçi ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Faktla bağlı araşdırma aparılır.