• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 13:42

BDYPİ sürücü və piyadalara müraciət edib

III MDB Oyunları çərçivəsində ölkəmizin bir neçə şəhərində keçirilən yarışlarda təhlükəsizliyin təmin olunması üçün Daxili İşlər Nazirliyinin yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır. Yol polisi yarış zonalarına giriş-çıxışları tənzimləyir, nəqliyyat axınının maneəsiz hərəkətini təmin edir və sıxlıqların qarşısını alır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və digər yol hərəkəti iştirakçılarından xahiş edir ki, yol nişanlarına və qaydalara ciddi riayət etsinlər və yarışların təhlükəsiz, maneəsiz keçirilməsinə dəstək versinlər.