• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 13:47

Gəncədə MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib

Gəncədə "MDB-nin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib. İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.