• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 15:41

"BakuBus"un Gəncə Avtoparkında 675 nəfər işlə təmin olunub

“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Mediatur zamanı jurnalistlərə açıqlama verən qurumun sözçüsü Əsmər Əliyeva bildirib. Qurum sözçüsü vurğulayıb ki, ümumi sahəsi 10 hektar olan Gəncə Avtoparkında texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onun sözlərinə görə, şəhərə gətirilən 280 yeni avtobus ekoloji standartlara – EURO6-ya cavab verir. Əhali gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartı və mobil vasitələrlə ödəyə biləcək.