
III MDB Oyunlarında Azərbaycan idmançılarının medal sayı artmaqda davam edəcək. Bu barədə Gəncədə jurnalistlərə açıqlama verən gənclər və idman naziri Fərid Qayıbov bildirib: sitat: "Üzgüçülük və stolüstü tennis yarışlarında artıq medallar qazanmışıq. Bu, bizə pozitiv düşünməyə imkan verir ki, yarışın sonuna qədər medallarımızın sayı daha çox olacaq. Doğma divarlar arasında qələbələrimizin sayının çox olmasını istəyirik" sitatın sonu. Nazir həmçinin qeyd edib ki, oyunların paytaxtdan kənarda keçirilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür və yarış ərəfəsində ölkə üzrə bir çox idman qurğuları əsaslı təmir olunub. III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
- Baxış: 71