• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 17:38

"BakuBus"un Gəncə Avtoparkında 675 nəfər işlə təmin olunub

“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Mediatur zamanı jurnalistlərə açıqlama verən qurumun sözçüsü Əsmər Əliyeva bildirib. Qurum sözçüsü vurğulayıb ki, ümumi sahəsi 10 hektar olan Gəncə Avtoparkında texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Əsmər Əliyeva sərnişinlərin təhlükəsizliyi məsələsinə də toxunub: 
 Əsmər Əliyeva - “BabuBus” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri: "Sərnişin daşınmasında ən vacib məqamlardan biri onların təhlükəsizliyidir. Məhz bu baxımdan müasir avadanlıqlarla təchiz edilmiş monitorinq mərkəzində avtobusların real vaxt rejimində izlənməsi mümükün olacaq. Bu da sərnişinlərin gün ərzində fasiləsiz və təhlükəsiz şəraitdə daşınmasına şərait yaradacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, hər bir sürücü xəttə çıxmazdan əvvəl reys qabağı tibbi müayinədən keçiriləcək".
 Onun sözlərinə görə, şəhərə gətirilən 280 yeni avtobus ekoloji standartlara – EURO6-ya cavab verir. Əhali gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartı və mobil vasitələrlə ödəyə biləcək.