
Gəncədə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov iclasın əhəmiyyətindən danışıb.
Fərid Qayıbov - Gənclər və idman naziri: “Bu, adətən MDB oyunları zamanı keçirilən bir iclasdır. Bilirsiniz ki, Gəncə ümumiyyətlə MDB-nin idman paytaxtı idi. İl ərzində burada müxtəlif idman tədbirləri, müxtəlif iclaslar və seminarlar keçirilmişdir. MDB ölkələri iştirakçılarının idman nazirləri və müavinlərinin hesabatları dinlənildi və ümumiyyətlə növbəti illərdə təşkil olunacaq yarışlar haqqında müzakirələr aparıldı”.
Nazir III MDB Oyunlarında Azərbaycan idmançılarının medal sayının artmaqda davam edəcəyini bildirib: sitat: "Üzgüçülük və stolüstü tennis yarışlarında artıq medallar qazanmışıq. Bu, bizə pozitiv düşünməyə imkan verir ki, yarışın sonuna qədər medallarımızın sayı daha çox olacaq. Doğma divarlar arasında qələbələrimizin sayının çox olmasını istəyirik" sitatın sonu. Nazir həmçinin qeyd edib ki, oyunların paytaxtdan kənarda keçirilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür və yarış ərəfəsində ölkə üzrə bir çox idman qurğuları əsaslı təmir olunub. III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
- Baxış: 79