• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 17:45

Azərbaycan idmançıları III MDB Oyunlarında 2 qızıl, 2 gümüş medal qazanıb

Azərbaycan samboçusu III MDB Oyunlarında Abdullətif Musayev qızıl mükafata sahib çıxıb. O, finalda özbəkistanlı Gamzat Maksetbayevi məğlub edib. Bu, Azərbaycanın turnirdə ilk qızıl medalıdır.Daha sonra taekvondoçu Ziya Həsənli də birinci yeri tutaraq qızıl medal sayını 2-yə çatdırıb. O, finalda Rusiya təmsilçisi Yeqor Lakinyı məğlub edib. Samboçumuz Rüstəm Qasımzadə  isə gümüş mükafatla kifayətlənib. O, finalda Rusiya təmsilçisi İsmail Maxozevə məğlub olub.Ölkəmizi təmsil edən 3 kişi 2 qadın taekvondoçu III MDB Oyunlarında finala vəsiqə qazanıb. Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki yarışda altı taekvondoçu bürünc medalın sahibi olub.Azərbaycan atıcısı Nərmin Cəfərova isə III MDB oyunlarında gümüş medal qazanıb. İdmançı stend atıcılığında ikinci olub.