• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.09.2025 11:38

Erməni cinayətkarlarının məhkəməsində yeni sənədlər elan olunub

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət işi üzrə proses davam edir. Məhkəmədə 2016-cı il Aprel döyüşləri zamanı mülki şəxslərə və əmlaka vurulmuş ziyanla bağlı sənədlər elan olunub. Sənədlərdə Tərtərin Əskipara kəndinin “ağ fosfor” tərkibli top mərmisi ilə atəşə tutulması, Çingiz Qurbanov və Hüseyn Əkbərlinin öldürülməsi və digər cinayət faktları əksini tapıb. Hadisə yerindən fotolar da nümayiş olunub.