
İşğaldan azad olunmuş ərazilərdə 15 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Ağdam, Xocalı, Laçın, Ağdərə və Şuşada sakinlər qoyunçuluq, maldarlıq, un məmulatları istehsalı, dərzi sexi, qadın gözəllik salonu və fotoatelye fəaliyyətinə başlayıblar. Beləliklə, "Böyük Qayıdış" Proqramı çərçivəsində özünüməşğulluq vasitəsilə kiçik təsərrüfatlar quran sakinlərin sayı 460-a çatıb.
- Baxış: 82