• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.09.2025 13:45

"Qarabağ" "Kopenhagen"lə oyundan əvvəl azarkeşlərə müraciət edib

"Qarabağ" klubunun mətbuat xidməti Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunundan əvvəl azarkeşlərə müraciət edib.Klub azarkeşləri arenaya erkən gəlməyə çağırıb ki, stadion sıxlığından yayınsınlar və komandanı tam tribunalar önündə dəstəkləsinlər. Oyun 1 oktyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq, stadionun qapıları isə qarşılaşmaya 2 saat qalmış açılacaq.