
İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, İtaliya-Azərbaycan Universitetinin tələbə kampusunun açılışı hər iki ölkənin universitetləri arasında geniş əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək.“Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır ki, İtaliya bu dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir. Ölkələrimiz arasında strateji əməkdaşlığa tam dəstək veririk”, - deyə o vurğulayıb.
- Baxış: 110