
“Azərbaycanda iqlim fəaliyyəti sudan ayrı deyil. Bizim rifahımız, ərzaq təhlükəsizliyimiz, enerjimiz və ictimai sağlamlığımız hər bir damcı sudan necə ağıllı istifadə etməyimizdən asılıdır”. Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. O bildirib ki, ötən il təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya” 2040-cı ilə qədər ölkənin su idarəçiliyində modernləşməni və dayanıqlı təminatı hədəfləyir. Mikayılov əlavə edib: “1980-ci ildən bəri şirin su ehtiyatlarımızın təxminən dörddə biri azalıb, Xəzərin və Kürün səviyyəsi enib. Bunlar proqnoz yox, faktlardır. Problemləri görməməzlikdən gəlmək olmaz”.
- Baxış: 65