
Azərbaycanda tam sayğaclaşdırma suyun səmərəli istifadəsini təmin edəcək. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə bildirib. O qeyd edib ki, ölkədə içməli su və suvarma infrastrukturunda itkilər mövcuddur və Milli Su Strategiyasının hədəflərindən biri 2040-cı ilə qədər bu itkilərin minimuma endirilməsidir. Qurum rəsmisi bildirib ki, tam sayğaclaşdırma həm istifadəçilərin su istehlakını izləməsinə imkan verəcək, həm də itkilərin azaldılmasına töhfə verəcək, su təhlükəsizliyini gücləndirəcək.
- Baxış: 61